Evində boğularaq öldü - Mingəçevirdə müəmmalı ölüm


12:54     08 Dekabr 2017 meyit%20yeni.jpg

Gecə saatlarında Mingəçevir şəhərində orta yaşlı qadın evində boğularaq ölüb.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan 1985-ci il təvəllüdlü qadın müəmmalı şəkildə dünyasını dəyişib. İlkin ehtimala görə, o, boğularaq ölüb. Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1593