Bütün Türkiyə ayağa qalxır - Qüdsə görə


14:29     08 Dekabr 2017 yenikapi-terore-karsi-mitinge-hazir-6082534.Jpeg

Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyaları cümə məscidindən dərhal sonra başlayacaq.

Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 857