Sarkisyan Putinlə nədən danışdı? - Kritik Moskva görüşü


15:04     08 Sentyabr 2015 Putin_Sargsyan_rukopojatie.jpg

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşüb.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin görüş zamanı erməni həmkarı ilə iki ölkə arasında mal dövriyyəsi səviyyəsinin aşağı düşməsini müzakirə edəcəyinə ümid etdiyini bildirib.

"Xoşdur ki, Rusiya Ermənistanın aparıcı ticari-iqtisadi tərəfdaşı olaraq qalmaqdadır. Ötən il, 2013-cü il ilə müqayisədə mal dövriyyəsi əhəmiyyətli dərəcə artıb, lakin təəssüf ki, cari ilin birinci yarısında azalma istiqamətində dəyişiklik baş verib", - deyə Putin Sarkisyanla görüşdə bildirib.

"Bu gün biz də, yəqin ki, bu barədə danışacağıq, burada müəyyən nüanslar var, hansı ki, mənim onlara hələ ki, cavabım yoxdur. Sizinlə bu məsələləri müzakirə etmək istərdim", — deyə Rusiya prezidenti qeyd edib.

Putin Ermənistan prezidenti ilə müntəzəm olaraq görüşdüyünü, həmçinin tez-tez telefonla danışdığını əlavə edib.

"Buna baxmayaraq Rusiya və Ermənistan arasında münasibətlərin xüsusi xarakterini, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını və bizim digər inteqrasiya strukturumuz olan KTMT-da tamformatda iştirakını nəzərə alsaq, bizim həmişə müzakirə etməyə mövzumuz var.

***

Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi barədə məlumat verib.

Sarkisyan bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan istifadə edilir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha nələrin müzakirə edildiyi barədə ətraflı məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1308