Azərbaycanda 14 milyard dollar hara xərclənib?
14:43 13 Dekabr 2017
2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 mlrd. 688,4 mln. manat vəsaitin 6 mlrd. 51,7 mln. manatı və ya 44,2%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ümumi sərmayənin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77%-i məhsul istehsalı obyektlərinin, 17,1%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 1536 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2%-ini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, bank kreditləri 12,7%, büdcə vəsaitləri 14,1%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib.
Femida.az
Oxunub: 1518
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO