Fədayə Laçının məhkəməsində qərar qəbul edildi - YENİLƏNİB


16:47     13 Dekabr 2017 fedaye_38457867.jpg

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun icraatında olan prosesdə “oğru”ların konvot nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.


Femida.az -ın verdiyi xəbərə görə, F. Laçın məhkəməyə gətirilib, özü də iclasda iştirak edir.

Hazırda proses başlayıb.

Yenilənib*** 12:44

Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Femida.az -ın məlumatına görə, iclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2030