Fədayə Laçın məhkəmədə ifadə verdi: “Aldadılmışam“


17:33     21 Dekabr 2017 fedaye_38457867.jpg



Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Laçının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

F.Laçının vəkili Türkel Süleymanlı jurnalistlərə bildirib ki, müvəkkili məhkəmədə səhhətində problem olduğunu deyib: "Fədayə Laçın saxlanılma şəraitindən şikayətçi deyil. Lakin o, fiziki cəhətdən əziyyət çəkdiyini söylədi".

Vəkilin sözlərinə görə, F.Laçın "Mən bu işdə aldadılmışam", - deyib.

Xatırladaq ki, Fədayə Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1746