Fədayə Laçın bu tarixdə məhkəmə qarşısına çıxacaq
19:40 20 Dekabr 2017
Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.
Vəkil bildirib ki, apellyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.
F.Laçının özünün də prosesdə iştirakı gözlənilir.
Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apellyasiya şikayəti verib.
Oxunub: 1429
Oxşar xəbərlər
- Fədayə Laçın yenidən məhkəməyə müraciət edəcək
- Fədayə Laçın məhkəmədə ifadə verdi: “Aldadılmışam“
- Fədayə Laçının məhkəməsi başladı
- Fədayə Laçın apellyasiya şikayəti verdi
- Fədayə Laçın `hepatit c` xəstəsidir - Vəkili açıqladı
- Fədayə Laçının məhkəməsində qərar qəbul edildi - YENİLƏNİB
- Fədayə Laçın bu gün azadlığa buraxıla bilər
- Fədayə Laçın azadlığa çıxacaq? - MƏHKƏMƏSİ BAŞLAYIR
- Fədayə Laçın məhkəməyə müraciət etdi
- Fədayə Laçından xəbər var