Qüds toplantısı başladı – CANLI YAYIM


16:25     13 Dekabr 2017 Screenshot_1_1513153146.jpg

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı başlayıb.


Femida.az xəbər verir ki, toplantı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan , Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı və digər müsəlman ölkələrinin təmsilçiləri iştirak edirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.



Femida.az

Açar sözlər:

Oxunub: 2263