Avtomobili cərimə meydançasında olanlar üçün VACİB MƏLUMAT


20:05     14 Dekabr 2017 cerime%20meydancasi%20femida.az.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu cərimə meydançasında saxlanılan avtomobillər üçün ödəniləcək dövlət rüsumu ilə bağlıdır.

Mövzu ilə bağlı danışan vəkil Asif Abdullayev bildirib ki,cərimə meydançasında avtomobilin 1 gün saxlanılması üçün dövlət rüsumu müxtəlifdir.





“Misal üçün 3,5 tona qədər minik avtomobilləri gününə 1 manat ödəməklə cərimə meydançasında saxlanılır. 3,5 tondan 10 tona qədər çəkidə nəqliyyat vasitəsi üçün bu rəqəm gününə 2 manat, 10 tondan yuxarı çəkisi olan nəqliyyat vasitəsi üçün isə gününə 3 manat müəyyən edilib. Bu məbləğdən artıq məbləğin tələb edilməsi qanunsuzdur ”, deyə vəkil bildirib.

Sizi maraqlandıran sualları BURADAN bizə ünvanlayın.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7031