Azərbaycana idxal edilən vertolyot gömrük rüsumundan azad edilib
20:30 19 Dekabr 2017
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.
Femida.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir.
Oxunub: 1130
Oxşar xəbərlər
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycana gələn avtobus aşdı - 30 nəfər yaralandı
- Azərbaycana içki idxalı 10% artıb
- Azərbaycana saxta etiketli araq keçirilməsinin qarşısı alınıb
- Azərbaycana qış gəlib
- Azərbaycana 22 sm qar yağıb
- Azərbaycana gələn hər üç turistdən biri rusiyalıdır
- Azərbaycana 9,3 mln. dollarlıq avtobus gətirilib
- Azərbaycana gələn turistlərin sayında artım var
- Azərbaycana 46 milyon dollar kredit ayrılacaq