Azərbaycana saxta etiketli araq keçirilməsinin qarşısı alınıb


18:15     23 Dekabr 2017 alkoqol%20icki%20araq.jpg

Rusiya gömrükçüləri Azərbaycana 160 min şüşə saxta etiketli arağın keçirilməsinin qarşısını alıb.



Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin mal qonşu ölkənin Roston şəhərinin hava limanında müsadirə edilib.

Araşdırma nəticəsində məlum olub ki, "White Horse" markalı bu spirtli içkilər onun əsl istehsalçısı olan “Diageo Brands B.V.” şirkətinin məhsulu deyil və əmtəə nişanından qanunsuz istifadə olunub. Hüquq-mühafizə orqanları adı çəkilən şirkətə bu yolla maddi ziyan vurulmasını inzibati xəta kimi qiymətləndirib.

Açar sözlər:

Oxunub: 1183