Azərbaycana gələn avtobus aşdı - 30 nəfər yaralandı


16:17     25 Dekabr 2017 avtiobus.jpg

İstanbuldan Azərbaycana gələn sərnişin avtobus qəzaya düşüb.


Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qarsda baş verib.

İstanbuldan Azərbaycana gələn Türkiyə avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Qəzada 30 nəfər xəsarət alıb. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakinləridir.

Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.




Amin
Femida.az

Açar sözlər:

Oxunub: 1851