Ana ölümünə görə həkim məsuliyyət daşıyacaq


21:22     19 Dekabr 2017 neftciler-xestexanasina-getirilenlerin-siyahisi_156632043d6140-xebervar_com1.jpg

Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.


Femida.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Layihənin 4-cü (Qadınların reproduktiv sağlamlığının qorunması) maddəsinə əsasən: Hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməsi. Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyırlar;

Anaların və yenidoğulmuşların sağlamlığının qorunması, ana və uşaq xəstəliklərinin və ölüm hallarının azaldılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

Hər bir qadının hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardımın bütün növləri ilə (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) zəmanət verilmiş həcmdə pulsuz təmin olunması.

Qadınların reproduktiv sağlamlığı sisteminin xəstəliklərinin, o cümlədən süd vəzilərinin və uşaqlıq boynunun xərçənginin aşkarlanması və müalicəsi məqsədilə mütləq profilaktik tibbi (ilkin və vaxtaşırı) müayinələrin aparılması;

Açar sözlər:

Oxunub: 542