Ana uşaqla xaricə getmək istəyirsə, atanın razılığı mütləqdirmi? - CAVAB


19:13     29 Dekabr 2017 ana%20usaq.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfəki mövzumuz yetkinliş yaşına çatmamış uşağı xaricə aparmaq istəyərkən, valideynin qarşılaşdığı çətin məqamla bağlıdır.

Sual:

Əgər ana xaricə gedərkən uşağı özü ilə aparmaq istəyirsə, lakin ata uşağa etibarnamə vermirsə, ana razılığı məhkəmə yolu ilə ala bilərmi?

Hüquqşünas Rahim Zəkiyev bildirib ki, razılığı məhkəmə yolu ilə almaq mümkündür:

“Yetkinlik yaşına çatmayan uşaqlar xaricə aparılması üçün valideynlerinin notariat qaydada razılıq ərizəsi tələb olunur. Valideynlərdən biri razı olmazsa, bu zaman məhkəməyə müraciət etmək lazımdır. Praktiki olaraq mümkündür. Lakin uşaqların xarici ölkəyə daimi aparılmasına bir çox hallarda izin verilmir. Çünki uşağın valideynləri və qohumları ilə ünsiyyət hüququ var. Ananın övladıyla ünsiyyət hüququ olduğu qədər atanın da var. Son nəticədə ana atanın razılığı olmadan icazə almaq istəyirsə, mütləq xaricə hansı məqsədlə getdiyini (istirahət, təhsil, müalicə və s.) əsaslandırılmalıdır. İddia əsaslandırıldığı halda məhkəmə qaydasında mümkündür. Hər bir halda ata-ananın maraqlarına görə yox, uşaqların maraqlarına uyğun qərar verilir”.

Bəs əgər atalıq təsdiq olunmayıbsa?

Atalıq təsdiq olunmayıbsa, razılıq ərizəsinə ehtiyac yoxdur. Əgər uşağın doğum şəhadətnaməsində atasının adı qeyd edilibsə, o zaman atasının razılıq ərizəsi lazımdır. Rəsmi nigahda da, boşanmadan sonra da razılıq tələb edilir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərinin razılığı lazımdır. Razılıq olmadıqda məhkəmə qərarı mütləqdir.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 2339