Maşın qaçırdı, dərhal da tutuldu
16:42 21 Dekabr 2017
Avtomobil qaçıran şəxs saxlanılıb.
Femida.az DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 20-də saat 18:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava küçəsində baş verib. Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhərinin ərazisində Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırmalarla həmin şəxsin Yunis İmanov olması müəyyən edilib.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Maşın dayanacaqları pulsuz olacaq
- Maşında diqqəti yayındırmağa görə cərimə ləğv edildi
- Maşının qapısını qırıb Saakaşvilini azad etdilər
- Maşınla qadını vurdu - 20 gün sonra təslim oldu
- Maşını piyadaların üzərinə sürdü - 6 yaralı
- Maşınların gömrükdən keçirilməsi qaydası dəyişdi
- Maşın yolu keçən piyadanı vuraraq öldürüb
- Maşından oğurluq edən şəxs kameraya düşdü - VİDEO
- Maşın yolu keçən piyadanı vuraraq öldürdü
- Maşından 10 min manata yaxın pul oğurlandı