Maşının qapısını qırıb Saakaşvilini azad etdilər


20:03     05 Dekabr 2017 1512463195-7127.jpg

Kiyevdə "Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq-mühafizə orqanları tərəfindən aparıldığı avtomobili mühasirəyə alaraq onun hərəkətinə mane olub. Daha sonra onlar partiya liderini avtomobildən çıxarıblar.



Femida.az xəbər verir ki, Ukrayna baş prokuroru Yuri Luçenko isə bildirib ki, Sakaşvilinin itdiyini iddia etdiyi pasportu silahdaşlarından birində tapılıb.

Bundan başqa, Ukrayna prokurorluğu siyasətçinin sutkalıq ev həbsinə vəsatət qaldırmaq niyyətində olduqlarını bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 873