Bu ölkələrin diplomatları Bakıya toplaşır


15:59     28 Dekabr 2017 xin58.jpg


2018-ci ilin aprelində Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək.


Femida.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən çox dövlət iştirak edir.

Qoşulmamaq Hərəkatının Sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 978