ABŞ İrandakı etirazları dəstəkləyir


01:18     02 Yanvar 2018 ag%20ev.jpg

Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, ABŞ İranda etiraz edənləri dəstəkləyir.


Sanders açıqlamasında bildirib: “Biz İran xalqını öz fikrini ifadə etməkdə dəstəkləyirik. Onun səsi eşidilməlidir. Biz bütün tərəfləri bu fundamental özünüifadə hüququna hörmətlə yanaşmağa və senzuraya kömək edən istənilən fəaliyyətə yol verməməyə çağırırıq”.

ABŞ prezidenti Donald Tramp isə İran hökumətinin ölkədə “Telegram” və “Instagram”ın bağlanmasına dair qərarını qınayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 766