ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir


15:08     06 Yanvar 2018 3476r737463464.jpg

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru admiral Maykl Rocers istefaya gedir.


Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzetinin Twitter hesabında deyilir.

Məlumata əsasən, MTA-nın direktoru əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.

Gözlənilir ki, MTA-nın yeni rəhbəri artıq bu ay prezident Donald Tramp tərəfindən təyin olunacaq. Onun namizədliyi ABŞ Senatı Tərəfindən təsdiq edilməlidir.

Qeyd edək ki, Maykl Rocers MTA-nın direktoru vəzifəsinə 2014-cü ildə ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 760