Azərbaycana gələn turistlər ən çox bu əraziləri gəzirlər
01:21 10 Yanvar 2018
Azərbaycana gələn turistlərin sayının artmasına təsir edən əsas amil ölkəmizdə mövcud olan sabitlikdir.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
M.Ağakərimov bildirib ki, turistlərin özlərinin də dediyi kimi onları bura gətirən digər bir səbəb isə Azərbaycan xalqının tolerant və qonaqpərvər olmasıdır:
"Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil isə Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır".
O qeyd edib ki, dövlətin turizmə göstərdiyi dəstək, sadələşdirilmiş viza rejiminin tətbiq olunması ölkəyə çoxlu turist cəlb edir.
Onun sözlərinə görə, turistlər daha çox Abşeron yarımadası və Bakı şəhərini gəzməyə üstünlük verirlər: "Turistlər Azərbaycan regionlarını, o cümlədən Şamaxı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmazı da görmyə maraqlıdırlar. Çünkü regionlarda da gözəl turizm infrastrukturu yaradılıb, gözəl hotellər fəaliyyət göstərir.
M.Ağakərimov bildirib ki, Azərbaycana gələn turistlər əsasən mədəni istirahət növünü seçirlər: "Onlar tarixi abidələr ilə tanış olurlar, ekskursiyalara gedirlər, sonra istirahətə üstünlük verirlər".
Femida.az
Oxunub: 1201
Oxşar xəbərlər
- Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb
- Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar
- Naxçıvanın turizmi hədəf bazarlarda təbliğ olunacaq
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir
- Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək
- Dövlət Vergi Xidməti turizm nümayəndələri ilə görüş keçirib
- Şəki və Lahıc qoruqlarında Respublika Günü münasibətilə tədbirlər keçiriləcək
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Prezident və birinci xanım təməlqoyma mərasimində