İntihara cəhd edənlərin ailəsi danışdı YENİLƏNİB


15:05     07 May 2015 iki%20genc%20intihara%20cehd.jpg

*** *** *** *** ***
İntihara cəhd edən gəncin qardaşı Bayramov Coşqun :


"Əvvəlcədən bizə heç nə deməmişdi. Qardaşım qıza aşiq olub. Qız da qardaşımla danışmayıb. Küsülü qalıblar. Qardaşım da deyib ki, danışmasan özümü öldürəcəm. Bundan sonra intihara cəhd edib. Qardaşımda psixoloji problem yox idi. Qardaşım gedib “uksus” alıb evə gələrək ayaqyolunda yarısını içib. Hadisədən balaca qardaşım xəbər tutub, bizə xəbər verdi. Biz də gətirdik xəstəxanaya".

Coşqun Bayramov qardaşı ilə eyni gündə xəstəxanaya müraciət edən intiharla İsmayıl Cəfərovun bağlılığı olmadığını dedi.

İsmayıl Cəfərovun ailəsi isə intihara cəhdi inkar edir.

Adının hallanmasını istəməyən bir şəxs isə telefonumuza özünü təqdim etməsədə İsmayıl Cəfərovun dərman qəbul edərək intihar etmədiyini söylədi.

“İntihar etmiyib yeməkdən zəhərlənib. Yoluna qoyduq. İntihar deyil. İndi sağlamdır”.
Daha sonra qardaşı Nurlan Cəfərovla əlaqə saxladıq. O bildirdi ki, zəhərlənmənin səbəbini bilmir.

“İmtahana gedirəm. Bizdə bilmirik necə olub Uşaqlar dedi ki, avtovağzalda zəhərlənib.Bizdə işdən birbaşa xəstəxanayaya getdik. İndi xəstəxanadadır".


*** *** *** *** *** *** *** ***

Gəncədə bir gənc sirkə turşusu, digəri isə dərman intihara cəhd edib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayıl Cəfərov adı məlum olmayan dərman həbləri qəbul edərək intihara cəhd edib. O dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Şəhər sakini 1995-ci il təvəllüdlü Aqşin Bayramov isə sirkə turşusu içərək intihara cəhd edib. O dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 1280