Masazırda 66 yaşlı qadın dərman içərək intihara cəhd edib


10:30     29 Mart 2022 22_03_29_1648526219.jpg

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Şirinova Sevda Şahmar qızı dərman içərək özünə qəsd edib.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəskin pisxotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 339