Qadını döyüb, 40 min manatlıq qızılını apardılar


13:23     11 Yanvar 2018 yasli_qadin_07.jpg

Gədəbəydə döyülmə faktı qeydə alınıb.


Femida.az-ın məlumatına görə, Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü İbrahimova Rahilə Tapdıq qızı yaşadığı evdə naməlum şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R. İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qızıl   Döyülüb  

Oxunub: 659