Sürücülərin nəzərinə - Bu yolda təmir var


14:22     11 Yanvar 2018 yol%20temir.jpg

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.



Bu barədə Femida.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: Sürücü   Yol   Təmir   Avtomobil  

Oxunub: 581