Avtobusun qapısı qopub yola düşdü - FOTO


14:51     11 Yanvar 2018 2018/01/masin-qapisi_1515653569.jpg

Bakıda sərnişin avtobusu hərəkətdə olarkən qapısı qopub.


Femida.az xəbər verir ki, hadisə 50 saylı marşrut üzrə hərəkət edən avtobusda qeydə alınıb. Avtobus sərnişinlərlə dolu halda gedərkən ön qapısı qoparaq yola düşüb. Sürücü hərəkəti dayandırıb və sərnişinlərin köməyi ilə qapı yerinə salınandan sonra marşrut avtobusu hərəkətinə davam edib.

Sosial şəbəkədə hadisəni əks etdirən foto paylaşılıb.

Femida.az

Açar sözlər: Avtobus   Qəza   Femida.az    

Oxunub: 1101