Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb


09:10     24 İyul 2022 2022/07/00cbb032-b9aa-3218-a247-336135002bff_850_1658639482.jpeg

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 307