Daşkəsən və Tovuzda yanğın oldu


13:56     12 Yanvar 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Daşkəsən və Tovuz rayonlarında yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Qazaxyolçular kəndində ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi isə Tovuz rayonunda qeydə alınıb. Rayonun Əyyublu kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli evin mətbəxinin tavanı 25 kv.m sahədə yanıb.

Femida.az

Açar sözlər: Daşkəsən   Tovuz   Yanğın  

Oxunub: 601