PKK elçiliyə gedən ailəni gülləbaran etdi


16:24     11 Sentyabr 2015 pkk9.jpg

PKK üzvləri qız istəmək üçün elçiliyə gedən türk ailəsini iri çaplı silahlardan atəşə tutub.


Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Siirt şəhərində baş tutub.

Əvvəlcə yolda barrikada qurdular...

Terroristlər əvvəlcə qız istəmək üçün elçiliyə gedən ailənin avtomobilinin dayandığı küçədə barrikadalar qurdular. Ailənin içində olduğu maşının yaxınlaşdığını görən terroristlər atəş açmağa başladılar. Bu zaman maşının içərisindən ailə üzvləri "Biz sivilik" deyə qışqırsalar da heç bir nəticəsi olmadı. Ümumilikdə, terroristlər maşına 20 güllə yağdırdılar. Nəticədə maşının içərisindəki 2 nəfər ağır yaralandı.

Polisə belə atəş açdılar...

Hadisə yerinə dərhal polislər cəlb olunub. Lakin polislərin gəlməsi terroristləri qorxutmayıb. Belə ki, onlar polis maşınına atəş açmağa başlayıblar. Uzun müddət davam edən silahlı qarşıdurmanın ardından terroristlər geri çəkilməyə məcbur olub. Qeyd edək ki, hadisə nəticəsində yaralanan şəxslər Siirt Dövlət Xəstəxanasına qaldırılıblar.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 835