Bakıda kreditlə maşın aldı, başına iş gəldi
17:07 14 Yanvar 2018
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Femida.az Lent.az-a istinadən verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı “Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib. Avtomobili almaq üçün müəyyən məbləğdə pul verən T.Məmmədov qalan krediti ödəməyi üzərinə götürüb. Lakin bu günlərdə məlum olub ki, avtomobili alan şəxs kredit öhdəliyini yerinə yetirməyib və onu başqasına satıb.
Müraciət əsasında araşdırma aparılır.
Femida.az
Oxunub: 1370
Oxşar xəbərlər
- Xoşqədəmin köməkçisiyəm dedi və... - Yarım milyon manata yaxın dələduzluq
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb
- Özünü DYP rəhbərinin qohumu kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub
- Biləsuvarda 29 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub