Azərbaycanlı futbolçu həbs olundu - Apellyasiya şikayəti verdi
14:25 16 Yanvar 2018
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
Femida.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinin araşdırılmasına başlanılıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.
Məhkəmə istintaqı dövründə 3 nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi. O.Atayev və M.Məmmədov barəsində məhkəmə istintaq dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.
Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərrəmovun qaynıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar.
Femida.az
Oxunub: 851
Oxşar xəbərlər
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Ukraynada 16 yaşlı futbolçu anası ilə birgə öldürülüb
- Ukraynada ölən futbolçuya qəhrəman adı verilib
- Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açılıb
- Gənc futbolçu silah və narkotik saxladığı üçün həbs olunub
- Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
- Komada olan erməni futbolçu ölüb
- Azərbaycanda veteran futbolçu vəfat edib
- Əfqanıstanlı futbolçu ölkəni tərk etmək istəyərkən vəfat edib
- Azərbaycanlı veteran futbolçu vəfat etdi