Ukraynada 16 yaşlı futbolçu anası ilə birgə öldürülüb


12:35     13 Mart 2022 22_03_13_1647157213.jpg

Ukraynada gənc futbolçu Dmitri Yevdoçenko Rusiya ordusunun top atəşi nəticəsində həlak olub.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, hadisə zamanı 16 yaşlı oyunçu ilə yanaşı, anası Mariya Yevdoçenko da ölüb. Onlar Kiyev vilayətinin Brovarski rayonundan təxliyə zamanı atəşə tutulublar.

Qeyd edək ki, Dmitri Yevdoçenko Kiyevdə fəaliyyət göstərən "Atlet" klubunun üzvü olub.

Açar sözlər:

Oxunub: 406