ABŞ səfirliyi Qüdsə köçürüləcək - Dəqiq vaxt açıqlandı


17:35     17 Yanvar 2018 quds4.jpg

ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək.


Femida.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ Prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi də təsdiqləyib.

Femida.az

Açar sözlər: Qüds   ABŞ   Səfirlik  

Oxunub: 671