“Azpetrol”un maşını körpüdən aşdı - Ölümün bir addımlığında (YENİLƏNİB)


14:16     18 Yanvar 2018 2018/01/617665_1516256253.jpg

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olarkən sürət həddi yüksək olduğundan idarəetməni itirib.

Yük maşını dəmir maneələrə çırpılaraq təxminən altı metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb.

***

Bu gün səhər saatlarında Binəqədi rayonunda yük maşını aşıb.

Femida.az lent.az-a istinadən xəbər verir ki, Dairəvi yolun Biləcəriyə düşən hissəsində "Azpetrol"a məxsus benzin daşıyan avtomobil aşıb.

Xoşbəxtlikdən yük maşını evlərin üstünə deyil, sürüşərək yola düşüb.

Hadisə yerindən görüntüləri təqdim edirik.



Femida.az

Açar sözlər: Qəza   Maşın   Azpetrol  

Oxunub: 1828