"Ermənilər Fransada Azərbaycan əleyhinə yalan informasiyalar yayır" - Fransalı deputat


13:36     19 Yanvar 2018 18_01_19_1516340091.jpg


"Azərbaycanı Fransada kifayət qədər tanımırlar desəm yanlışlıq olar. Çünki Azərbaycan yenidən müstəqilliyini əldə etdiyi dövrdən etibarən bu sahədə çox uğurlu addımlar atıb."

Femida.az xəbər verir ki, bu sözləri bu sözləri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü Jülyen Borovszik “Report”a müsahibəsi zamanı deyib.

O, Fransada Azərbaycanla bağlı həqiqətlərin insanlara düzgün çatdırılmasına ermənilərin mane olduğunu bildirib:

"Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın geosiyasi və geostrateji mövqeyi Fransada az tanınır. Bu gün Fransa əhalisinə Azərbaycanın çətin geosiyasi mövqeyi, bu çətinliyin əsas səbəbkarı olan hansı dövlətlərin əhatəsində yerləşdiyi barədə ətraflı məlumat verməliyik. Biz insanları Azərbaycanın qonşuluğundakı problemlər, regionda tutduğu mövqeyi barədə mütəmadi olaraq məlumatlandırmalıyıq.

Digər çətinlik Azərbaycanla bağlı mənfi məlumatların yayılması və əksər hallarda erməni lobbisi tərəfindən verilən yalan informasiyaların Azərbaycan haqqında yanlış fikirlərin və mənfi imicin yaranmasına səbəb olmasıdır.

Bu məsələdə daha bir məqama toxunmaq istərdim. Paris və ona yaxın ərazilərdə Azərbaycanı kifayət qədər tanıyırlar, bu, müsbət haldır. Lakin məhz Paris və ətraf şəhərlərdə erməni lobbisi daha çox yalan məlumatlar yaya bilir. Fransanın müxtəlif bölgələrinə gəldikdə isə vəziyyət tamamilə başqadır. Azərbaycan mənim ölkəmin ucqar rayonlarında az tanınır. Lakin bunun müsbət tərəfi həmin ərazilərdə erməni lobbisinin fəaliyyətinin zəif, yaxud heç olmamasıdır. Bunun sayəsində ermənilərin Azərbaycan əleyhinə ənənəvi informasiyaları yayıla bilmir. Beləliklə, bu bölgələrdə biz daha sağlam əlaqələr qura bilərik".

Femida.az

Açar sözlər: Fransa   Ermənistan   Azərbaycan   deputat   Borovszik   femida.az  

Oxunub: 724