Füzulidə münaqişə - Qohumunu güllələdi


16:22     20 Yanvar 2018 tufeng20150725.jpg

Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.

​Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb. ​Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər: Tüfəng   Güllələnmə  

Oxunub: 992