Türklərlə kürdlər arasında kütləvi dava – Yaralılar var


16:08     23 Yanvar 2018 18_01_23_1516694906.jpg


Almaniyada türk və kürd icmasının nümayəndələri arasında toqquşma baş verib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, kütləvi dava Hannover şəhər aeroportunun terminalında meydana gəlib. Toqquşmalarda 180 nəfərə yaxın insanın iştirak etdiyi bildirilir.

Qarşıdurma kürdlərin təşkil etdiyi etiraz aksiyası ilə əlaqədar meydana gəlib. Alman hüquq mühafizə orqanlarının məlumatına görə, türk sərnişinlər bundan hiddətlənərək, aksiya iştirakçılarına hücum edib.

Tərəfləri bir-birindən ayırmaq üçün aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etməli olub. Toqquşmalarda heç kimi ciddi xəsarət almasa da, 20 nəfərin gözyaşardıcı qazla əlaqədar halının pisləşdiyi bildirilir.

Oxşar lakin daha kiçik miqyaslı toqquşmalar Almaniyanın digər şəhərlərində də müşahidə olunub.

Femida.az

Açar sözlər: #Almaniya   #kürd   #türk   #dava   #femida.az  

Oxunub: 1611