Almaniya Türkiyə ilə tank razılaşmasını dondurub
21:15 25 Yanvar 2018
Almaniya hökuməti Türkiyə ordusunun sərəncamında olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı dondurub.
Femida.az
-ın xəbərinə görə, bu barədə “Der Spiegel” dərgisi məlumat yayıb. Məlumata əsasən baş nazir Angela Merkel və xarici işlər naziri Ziqmar Qabriel bu gün keçirdikləri görüşdə məsələni müzakirə ediblər. Onlar bu məsələni yeni qurulacaq hökumətə həvalə etməyi qərara alıblar.
Almaniya hökumətinin sözçüsü xəbəri təsdiqləyib.
Xatırladaq ki, Türkiyə ordusunun istifadə etdiyi, Almaniya istehsalı olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı bu ölkə hökuməti ilə Türkiyə arasında razılıq əldə edilib. Ötən il iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar bu razılaşma dondurulmuş, lakin ötən həftələrdə gərginliyin azalmasından sonra yenidən həyata keçiriləcəyi açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində hərbi əməliyyata başlamasından sonra Almaniya mediasında bu əməliyyatda alman tanklarından istifadə olunması ilə əlaqədar Merkel hökumətinin ünvanına tənqidlər səslənirdi.
Oxunub: 1154
Oxşar xəbərlər
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib