Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
16:29 26 Yanvar 2018
Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Femida.az-ın məlumatına görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, hesabat dövründə təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə, 2887 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub. Onlardan 40-ı üzrə cinayət işi başlanıb.
Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Qeyd edilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, bir sözlə cəzanın məqsədinə nail olunmasının təmin edilməsi üçün hesabat dövründə 68 məhkəmə prosesi səyyar qaydada keçirilib. Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror bildirib ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə edilmir.
Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb ediliblər.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- MN: "Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub"
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu (RƏSMİ)