Bakıda avtobus qəza törətdi - Piyada öldü


16:25     28 Yanvar 2018 avtobus%20qezasi.PNG

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Femida.az bildirir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində, "Koroğlu" metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu küçən yaşlı kişini vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğludur.

Femida.az

Açar sözlər: #qəza   #kriminal   #hadisə   #marşrut  

Oxunub: 1454