Cocuq Mərcanlı çiçəklənir - Kəndə telefon və internet çəkildi


16:41     28 Yanvar 2018 cocuq4.jpg

Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub.

Femida.az bildirir ki, bunu Trend-ə Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.

K.Həsənov bildirib ki, kənddə internet və mobil rabitə xidmətləri də təşkil edilib.

Qeyd edək ki, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb, ATS işə salınıb. Kənd ərazisində 10 kilometrə yaxın optik xətt çəkilib.

Femida.az

Açar sözlər: #cocuqMərcanlı   #rabitə  

Oxunub: 1116