“Cocuq Mərcanlı” kredit ittifaqı yaradılıb


13:32     07 Mart 2018 cocuq3.jpg

Vergilər Nazirliyi “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC-ni dövlət qeydiyyatına alıb.


Femida.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

Bildirilib ki, yeni maliyyə qurumunun hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü qəsəbə, ev 287, qanuni təmsilçisi isə Qədir Əli oğlu Quliyevdir.

Şirkətin Müşahidə Şurası Nicat Dərgahov, Mətanət Quliyeva və Sevindik Novruzovdan ibarətdir.

Femida.az

Açar sözlər: #CocuqMərcanlı   #Kredit  

Oxunub: 782