İspanlar 1,2 milyardlıq transferə hazırlaşır


18:28     28 Yanvar 2018 emek%20muqavilesi0.jpg

Bu mövsüm uğursuz çıxış edən "Real" yay transfer dönəminə hazırlaşır. Femida.az xəbər verir ki, "Kral Klubu" yayda 3 ulduzu heyətinə qatmaq istəyir.

İddialara görə, "Real" rəhbərliyi Harri Keyn, Eden Hazard və David de Geanın transferi üçün 500 milyon funt-sterlinq (təxminən 1,2 milyard manat) ayrıb.

Belə ki, "Real" Keyn üçün "Tottenhem"ə, Hazar üçün "Çelsi"yə 200 milyon funt-sterlinq (təxminən 480 milyon manat), de Gea üçün "Mançester Yunayted"ə 100 milyon funt-sterlinq (təxminən 240 milyon manat) təklif edəcək.

Femida.az

Açar sözlər: #futbol   #transfer  

Oxunub: 835