Almaniyada 44 ton şokolad oğurlandı


23:55     29 Yanvar 2018 2018/01/alman-polis_1517241386.jpg

Almaniyanın Frayburq şəhərində naməlum şəxslər içərisində ümumilikdə 44 ton şokoladın olduğu iki yük maşınını qaçırıblar.


Femida.az xəbər verir ki, yük maşınları sənaye zonasından qaçırılıb.

Qısa müddət sonra avtomobillərdən biri yol kənarında tapılıb. Bildirilir ki, sürücü hadisə yerindən uzaqlaşsa da, şokolad yük maşınında qalıb.

Məlumata görə, ikinci avtomobil isə Lar şəhəri yaxınlığında boş tapılıb.

Oğurlanan şokoladın dəyərinin 400 min avroya bərabər olduğu bildirilib.

Femida.az

Açar sözlər: #Almaniya   #Polis  

Oxunub: 536