Gəncədə polis güllələndi


15:04     31 Yanvar 2018 18_01_31_1517382306.jpg


Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb.

Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gəncə   #polis   #kriminal  

Oxunub: 1092