Bu da Azərbaycanın ən yaşlı sakini - I Dünya Müharibəsini belə görüb


18:09     31 Yanvar 2018 18_01_31_1517393399.jpg

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.

Femida.az-ın məlumatına görə, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova özəl olaraq Trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

U.Həşimova deyib: "Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur".

Qeyd edək ki, 1910-cu ildə dünyaya gələn Vəsmə nənə tarixin ən qanlı savaşları olan hər iki dünya müharibəsinə şahidlik edib.

Femida.az

Açar sözlər: #Lənkəran   #Azərbaycan   #yaş   #qoca   #ahıl   #yaşlı  

Oxunub: 970