Müğənnilərin nitqi yoxlanılacaq
17:23 01 Fevral 2018
"Musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb".
Femida.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
O bildirib ki, hədəf müğənnilər deyil, ifa və ifadakı qüsurlardır: "Mahnıya qulaq asanda bilmək olur ki, ifaçı hansı bölgədəndir. Bu gün bizim müəllim olan xanəndələrimiz var, həmin müəllim çox təəssüf ki, özü hansı bölgədəndirsə, onun yetişdirdiyi tələbəsi də onun dil daşıyıcısı olur. Bunun aradan qaldırılması üçün televiziyalarda nəzarət mexanizmi olmalıdır".
Şöbə müdiri qeyd edib ki, aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq: "Məqsədimiz dilimizi qorumaqdır. Dil məsələsi daim nəzarətdə olmalıdır, övladlarımızın dinlədiyi, böyüdüyü mahnıların dili bizim üçün vacibdir".
Femida.az
Oxunub: 936
Oxşar xəbərlər
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib
- Azərbaycanda müğənniyə hökm oxundu - 6 ay
- Məşhur müğənnimiz vəfat etdi
- Maqsud Mahmudov müğənnilərdən şantajla pul tələb edib - İTTİHAM AKTI
- Müğənni arvadını moteldə öldürməyindən danışdı
- "Taliban" Əfqan müğənnini öldürüb
- Tanınmış azərbaycanlı müğənni koronavirusdan vəfat etdi
- Azərbaycanda müğənni koronavirusdan vəfat etdi
- Bakıda müğənnini öldürməyə cəhd edən şəxs tutulub