Həmsədrlər Bakıdan sonra İrəvana üz tutacaq


14:03     02 Fevral 2018 osceee.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.


Femida.az-ın məlumatına görə, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Femida.az

Açar sözlər: #OSCE   #Həmsədrlər   #İrəvan   #Bakı  

Oxunub: 635