Həmsədrlər Qarabağa səfər edəcək


21:04     02 Fevral 2018 osce-monitoring.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə gedəcək.


Femida.az “news.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, həmsədrlər Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra işal olunmuş Dağlıq Qarabağa səfər edəcəklər. Onların separatçı rejimin "rəhbərliyi" ilə görüşləri nəzərdə tutulur.


Femida.az

Açar sözlər: #OSCE   #Həmsədrlər   #İrəvan   #Bakı  

Oxunub: 536