Nazir və arvadı evdə ölü tapıldı


16:44     02 Fevral 2018 18_02_02_1517561273.jpg

Pakistanın Sind əyalətinin planlama və inkişaf naziri Mir Xəzər Xan Bijarani və arvadı Fəriha Razaq evlərində ölü olaraq tapılıb.


Femida.az xəbər verir ki, hadisə cütlüyün gün boyu evdən çıxmamasının fərq edilməsindən sonar ortaya çıxıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Onların cəsədlərinin evin yataq otağında tapıldığı və qapının kilidli olduğu bəlli olub. Cəsədlərdə mərmi izlərinə rast gəlinib. Hadisənin qətl, yoxsa intihar olduğu məlum deyil.

Nazir və arvadının cəsədləri morqa aparılıb. Bijarani və üzvü olduğu Pakistan Xalq Partiyası ölüm faktını təsdiqləyib.

Bijarani keçmiş vəkil olub. O, 2013-cü il seçkilərində partiyanın Sind Əyalət Məclisinə deputat seçilib.


Femida.az

Açar sözlər: #Pakistan   #İslamabad  

Oxunub: 815