Magistraturaya sınaq imtahanı keçiriləcək
17:24 02 Fevral 2018
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə və şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1307 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.
Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üzərində mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaqlar.
Sınaq imtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib